Azerbaijan

Biennale Arte 2022 / Born To Love

Emin Məmmədov
Pavilyonun kuratoru

Emin Məmmədov Heydər Əliyev Fondunun bədii məsləhətçisidir, Bakıda yaşayır. 2012-ci ildə Azərbaycan Respublikasının “Əməkdar İncəsənət Xadimi” fəxri adı ilə təltif edilib. Məmmədov tez bir zamanda beynəlxalq miqyasda tanınaraq Azərbaycanda və Avropada çoxsaylı sərgilərin kuratoru olub. Məmmədov 2019-cu ildə “BİR GÜNƏŞ ALTINDA” (“UNDER ONE SUN”) Virtual Reallıq (Virtual Reality) mövzusunda Azərbaycan Pavilyonunun kuratoru olub. 2017-ci ildə “Birlikdə Yaşamaq Sənəti” (“The Art of Living Together”) Azərbaycan Pavilyonu, həmçinin “Biennale Arte 2015”-in Azərbaycan Pavilyonunda nümayiş etdirilən “Hüdudları aşaraq” (“Beyond the Line”) və “Vita Vitale” sərgilərinin kuratoru olub. 2016–2018-ci illər ərzində London, Paris, Berlin, Tbilisi və Moskva şəhərlərində keçirilən “Canlı Həyat” (“Live Life”) beynəlxalq səyyar sərgisinin kuratoru olub.